Ayrıldıq | Mənalı ayrılıq şeiri


Ayrıldıq şeiri


Ayrıldıq, surətin itdi gözümdən,
Sandım, sifətini unutmuşam mən.
Bilmirəm bu nə sirr, yaxın-uzaqdan
Səsin qulağıma anba-an gəlir.
                      ***
Fikrimə gəlmirsə surətin bir an,
Səsin qulağıma bəs hardan gəlir?
Yığıram bir yerə bəzən fikrimi,
Sifətin yadıma çox çətin gəlir.


                      ***
Səsin qulağımda cınlayan kimi,
Gözümün önünə sürətin gəlir.
Səsə bu qüdrəti Tanrımı vermiş?
Səs də rəssam olub rəsm çəkərmiş.

Bəxtiyar Vahabzadə

Ayrıldıq | Mənalı ayrılıq şeiri ayriliq seiri
 

0 şərh